qahirə, 19 iyul, arhd.media
israil suveyda druzlarına humanitar yardım göndərmək qərarına gəlib
israilin xarici işlər naziri gideon saarın göstərişi ilə suriyanın suveyda vilayətində yaşayan druzlara humanitar yardım göndəriləcək.
arhd.media xəbər verir ki, bu barədə “əl-arabiyyə” telekanalı məlumat verib.
israil xin tərəfindən maliyyələşdiriləcək yardımlara ərzaq məhsulları, tibbi avadanlıqlar, ilkin tibbi yardım ləvazimatları və dərmanlar daxildir. nazirlik yardımların “müəyyən yolla” çatdırılacağını deyib.
israil mart ayında da suriyalı druzlara yardımlar göndərib.
qeyd edək ki, suriyanın cənub bölgələrində, xüsusilə suveyda vilayətində druzlarla bədəvilər arasında bir neçə gündən bəri davam edən toqquşmalarda 600-dən çox insan ölüb və yaralanıb. hadisələrə səbəb yerli druz şeyxlərinin suriya mərkəzi hakimiyyətinə qarşı çıxması və sabitlik yaratmaq məqsədilə göndərilən qoşunlara qarşı təxribatlar törətməsi göstərilir.
bu arada suriya bədəvilərinin silahlılarının suveyda şəhərinə daxil olması və israil pua-larının vilayətin mərkəzini bombalaması barədə xəbərlər yayılır. bir sıra ölkələr israilin suriyaya son hücumlarını pisləyən bəyanatlar veriblər.
suriya daxili işlər nazirliyinin sözçüsü bildirib ki, suriya qüvvələri druzlarla bədəvilər arasındakı toqquşmaları dayandırmaq üçün suveyda şəhərində göndərilməyə hazırdır.
























