bakı, 18 iyul, arhd.media
azərbaycan xin: suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir
xarici işlər nazirliyinin mətbuat katibi ayxan hacızadə israil-suriya qarşıdurması ilə bağlı yerli medianın sualını cavablandırıb.
arhd.media xarici işlər nazirliyinin mətbuat katibinə ünvanlanmış sualı və ayxan hacızadənin cavabını təqdim edir.
-son bir neçə gündə suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri israil ordusunun müdaxiləsi ilə nəticələnib. bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?
-suriyada baş verən prosesləri yaxından izləyirik. suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir.























