

əbu-dabi, 10 iyul, arhd.media
prezident ilham əliyevin birləşmiş ərəb əmirliklərinə səfəri başa çatıb
azərbaycan respublikasının prezidenti ilham əliyevin birləşmiş ərəb əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.
arhd.media xəbər verir ki, əbu-dabinin zayed beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
prezident ilham əliyevi birləşmiş ərəb əmirliklərinin ədliyyə naziri abdulla bin avad əl-nueymi və digər rəsmi şəxslər yola saldılar.





















