bakı, 10 iyul, arhd.media
milli məclisin sədri sahibə qafarova bosniya və herseqovinaya işgüzar səfərə gəlib
iyulun 10-da milli məclisin sədri sahibə qafarova bosniya və herseqovinaya işgüzar səfərə gəlib.
milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildirilib ki, səfər çərçivəsində milli məclisin sədri sahibə qafarova srebrenitsa qurbanlarının anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək memorial abidə üzərinə gül dəstəsi qoyacaq.
























