israil-azərbaycan dostluğu – qardaşlıq və strateji əməkdaşlıq nümunəsi
israil dövləti ilə azərbaycan respublikası arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri regional və qlobal siyasətdə nadir nümunələrdən biridir. bu münasibətlər xalqlar arasında dərin hörmətə, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa əsaslanır.
tarixən tolerantlıq və multikultural dəyərlər üzərində qurulmuş azərbaycan cəmiyyəti, yəhudi icmasına hər zaman sevgi və ehtiramla yanaşmışdır. məhz bu ənənə israillə münasibətlərin sağlam və möhkəm təməllər üzərində qurulmasına imkan yaratmışdır. bu gün azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında fəal rol oynayır, milli birlik və tolerantlıq nümunəsi sərgiləyirlər.
israil və azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. bu gün iki ölkə arasında əlaqələr yalnız diplomatik deyil, həm də iqtisadi, hərbi-texniki, enerji, kənd təsərrüfatı, texnologiya, səhiyyə və təhsil sahələrində də yüksək səviyyədə inkişaf edir.
2022-ci ildə azərbaycanın israildə səfirliyinin açılması münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. bu addım, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm siyasi iradənin göstəricisidir.
israil-azərbaycan dostluğunun dəyərli tərəflərindən biri də xalqlar arasında birbaşa insani əlaqələrdir. israildə yaşayan qafqaz yəhudiləri – yəni dağ yəhudiləri – bu dostluğun canlı daşıyıcılarıdır. onlar həm israil cəmiyyətində, həm də azərbaycanla münasibətlərin inkişafında körpü rolunu oynayırlar. qafqaz yəhudilərinin mədəniyyət mərkəzi bu baxımdan əhəmiyyətli mərkəzlərdən biridir. mərkəzin direktoru ben sion şmaelov kimi tanınmış ziyalıların fəaliyyəti, azərbaycan mədəniyyətinin israildə təbliği və bu dostluğun qorunub saxlanması baxımından olduqca qiymətlidir.
israil və azərbaycan arasında dostluq münasibətləri, regionda sülhün, sabitliyin və qarşılıqlı rifahın təmin olunmasına xidmət edir. azərbaycan respublikasının prezidenti cənab ilham əliyevin və israil dövlət rəhbərlərinin bu istiqamətdəki ardıcıl səyləri, iki ölkə arasında etimada əsaslanan davamlı əlaqələrin təminatçısı olmuşdur.
bu gün dünya siyasətində baş verən dəyişikliklər fonunda israil-azərbaycan münasibətləri beynəlxalq arenada da nümunə göstəriləcək səviyyəyə çatmışdır. iki xalq arasında qarşılıqlı hörmət, etimad və dostluq bu əlaqələrin daha da inkişafına zəmin yaradır.
ismayıl zalov və ben sion şmaelov kimi şəxslərin bu münasibətlərin qorunub saxlanması və yeni nəslə ötürülməsi istiqamətində apardıqları fəaliyyət, azərbaycan-israil dostluğunun canlı örnəklərindəndir























