xankəndi, 3 iyul, arhd.media
prezident ilham əliyev xankəndi-şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb
azərbaycan respublikasının prezidenti ilham əliyev iyulun 3-də xankəndi-şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
arhd.media xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.
bildirildi ki, xankəndi-şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. kanat yolunun xankəndidə hündürlüyü 844 metr, şuşada isə 1317 metr təşkil edəcək. kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, xankəndidən şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.
























