xankəndi, 4 iyul, arhd.media




azərbaycan prezidenti ilham əliyev xankəndidə birləşmiş ərəb əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib 


azərbaycan respublikasının prezidenti ilham əliyev iyulun 4-də xankəndidə birləşmiş ərəb əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri sultan əhməd əl-cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

arhd.media xəbər verir ki, qonaq birləşmiş ərəb əmirliklərinin prezidenti şeyx məhəmməd bin zayed al nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şeyx məhəmməd bin zayed al nəhyana çatdırmağı xahiş etdi.

sultan əhməd əl-cabir iqtisadi əməkdaşlıq təşkilatının xankəndi şəhərində keçirilən 17-ci zirvə görüşünün işinə uğurlar arzuladı. qonaq qarabağda və şərqi zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.

görüşdə azərbaycanla birləşmiş ərəb əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.

azərbaycan ilə birləşmiş ərəb əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulandı.

söhbət zamanı “masdar” şirkətinin azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparıldı.

görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Baxış sayı: 4 330

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə