xankəndi, 4 iyul, arhd.media
azərbaycan prezidenti ilham əliyev xankəndidə pakistanın baş naziri ilə görüşüb
iyulun 4-də xankəndidə azərbaycan respublikasının prezidenti ilham əliyev pakistan islam respublikasının baş naziri məhəmməd şahbaz şəriflə görüşüb.
arhd.media xəbər verir ki, pakistanın baş naziri iqtisadi əməkdaşlıq təşkilatının 17-ci zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, təşkilatın daha da güclənməsi istiqamətində azərbaycanın səylərini yüksək qiymətləndirdi.
məhəmməd şahbaz şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında laçın şəhərinə səfərini, azərbaycan-türkiyə-pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. baş nazir qarabağda, o cümlədən xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. azərbaycanla pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.
dövlətimizin başçısı dəvəti qəbul edib bu zirvə görüşündə iştirakına görə pakistanın baş nazirinə təşəkkürünü bildirdi.
prezident ilham əliyev də öz növbəsində pakistanın baş nazirinin laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.
söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

























