bakı, 30 iyun, arhd.media
şuşada 6-cı iət biznes-forumu keçiriləcək
iyulun 2-də şuşa şəhərində iqtisadiyyat nazirliyi, ixracın və investisiyaların təşviqi agentliyi (azpromo) iqtisadi əməkdaşlıq təşkilatının (iət) katibliyi və iət ticarət və sənaye palataları konfederasiyasının təşkilatçılığı ilə 6-cı iət biznes-forumu keçiriləcək.
iqtisadiyyat nazirliyindən arhd.media-a bildirilib ki, tədbir azərbaycan respublikasının prezidenti ilham əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “iət həftəsi” çərçivəsində baş tutacaq.
forumun keçirilməsində məqsəd iət regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.
tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, ikt, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq.
tədbir çərçivəsində “biznes-dövlət” (b2g) “biznes-biznes” (b2b) formatlarında görüşlər təşkil ediləcək.
























