bakı, 28 iyun, arhd.media
azərbaycan xin rusiyanın yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb
azərbaycanın xarici işlər nazirliyi (xin) rusiyanın yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
xin-dən arhd.media-a daxil olan bəyanatda deyilir:
“iyunun 27-də səhər saatlarında rusiyanın federal təhlükəsizlik xidmətinin yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.























