xin: iranın ermənistandakı səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk

bakı, 27 iyun, arhd.media




xin: iranın ermənistandakı səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk


iran islam respublikasının ermənistan respublikasındakı səfiri mehdi sobhaninin guya azərbaycan ərazisindən irana qarşı istifadə edilməsi, yəni israil dronlarının azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik.

arhd.media xəbər verir ki, bu sözləri xarici işlər nazirliyinin mətbuat xidməti idarəsinin rəisi ayxan hacızadə iranın ermənistandakı səfiri mehdi sobhaninin azərbaycan ərazisindən guya irana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarını şərh edərkən deyib.

a.hacızadə bildirib ki, bu iddialar azərbaycan və iran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir: “azərbaycan prezidentinin iran pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda iran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk”.

“azərbaycan respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu iran islam respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur. iran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”, - deyə xin rəsmisi vurğulayıb.

Baxış sayı: 7 702

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə