tbilisi, 27 iyun, arhd.media
baş nazir: “ilin sonunda gürcüstandan azərbaycan sərhədinə gedən magistral yolunun tikintisinə başlanılacaq”
gürcüstandan azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. tikinti işlərinə bu ilin sonunda başlanılacaq.
arhd.media xəbər verir ki, bu sözləri gürcüstanın baş naziri irakli kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib.
onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.























