bakı, 26 iyun, arhd.media




rəqəmsal hökumət arxitekturası işçi qrupunun görüşü olub


innovasiya və rəqəmsal inkişaf agentliyində (iria) rəqəmsal hökumət arxitekturası işçi qrupunun görüşü keçirilib.

agentlikdən arhd.media-a bildirilib ki, görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

görüş zamanı iria-nın aidiyyəti nümayəndələri tərəfindən “rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydaları” layihəsi və “elektron hökumət informasiya sistemlərində (ehis) fəaliyyət davamlılığının inkişafı” mövzularında ətraflı təqdimatlar nümayiş olunub. çıxışlarda rəqəmsal xidmətlərin effektivliyinin artırılması, mövcud sistemlərin etibarlılığının təmin edilməsi və dövlət qurumları arasında inteqrasiyanın möhkəmləndirilməsi məsələlərinə toxunulub.

tədbirin sonunda birgə fəaliyyət planı və gələcək addımlar üzrə müzakirələr aparılıb. iştirakçılar tərəfindən suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.

qeyd edək ki, azərbaycan respublikasının prezidenti tərəfindən 2025-ci il 16 yanvar tarixində imzalanan fərmanla “azərbaycan respublikasında rəqəmsal inkişaf konsepsiyası” təsdiqlənib. işçi qrupunun görüşü də məhz bu konsepsiyanın uğurlu icrası üçün vahid koordinasiyanın təşkil edilməsi məqsədilə baş tutub.

Baxış sayı: 4 465

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə