qahirə, 24 iyun, arhd.media
qətər iranın hücumuna beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır
qətər dövləti iran inqilab keşikçiləri tərəfindən əl-udeyd hava bazasına edilən hücumu şiddətlə pisləyir və bunu qətər dövlətinin suverenliyinin və hava hüdudlarının, eləcə də beynəlxalq hüququn və bmt nizamnaməsinin kobudcasına pozulması hesab edir.
arhd.media xəbər verir ki, bunu qətər xarici işlər nazirliyinin sözçüsü, baş nazirin müşaviri macid bin məhəmməd əl-ənsari bildirib.
qeyd olunur ki, qətər dövləti bu açıq təcavüzün formasına və həcminə, eləcə də beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır.
vurğulanır ki, qətər hhm qoşunları iran raketlərini uğurla zərərsizləşdiriblər. qeyd olunur ki, get-gedə şiddətlənən belə hərbi əməllər regional təhlükəsizlik və sabitliyi poza bilər.
bəyanatda bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, problemlərin danışıqlar və dialoq yolu ilə həllinə çağırış edilir.
qətər xarici işlər nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, bölgədəki gərgin vəziyyət fonunda təhlükəsizlik və qabaqlayıcı tədbirlər çərçivəsində hava bazası öncədən təxliyə edilmişdi. o, həmçinin qeyd edib ki, qətər silahlı qüvvələrinin və dost ölkələrin hərbçiləri də daxil olmaqla bazada çalışanların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb və hücum nəticəsində heç bir insan itkisi və ya xəsarət qeydə alınmayıb.
























