praqa, 23 iyun, arhd.media
nato-nun haaqa sammitinin gündəmində müdafiə xərclərinin artırılması, ukrayna və iran məsələləri var
iyunun 24-25-də haaqada keçiriləcək nato sammitinin əsas mövzuları müdafiə xərclərinin artırılması və ukraynaya dəstək olacaq. sammitin bəzi iclaslarında ukrayna prezidenti volodimir zelenski də iştirak edəcək.
arhd.media xəbər verir ki, alyansa üzv ölkələrin prezidentləri və baş nazirlərinin müdafiə xərclərinin üdm-nin 5 faizinə qədər artırılması ilə bağlı razılığa gələcəkləri gözlənilir.
niderlandda iranla bağlı vəziyyətin də geniş müzakirələrə səbəb olacağı ehtimal olunur. haaqa şəhərində həm müdafiə xərclərinin artırılmasına, həm də iranla müharibə ehtimalına qarşı kütləvi etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
bununla belə, nato forumunun əvvəlcədən açıqlanmış gündəmi fərqli olub. son aylarda sammitin yekun bəyannaməsinin hazırlanması üzərində iş aparılıb. müxtəlif media mənbələrinin məlumatına görə, bu sənəd qısa bəyanat şəklində təqdim olunacaq.






















