astara, 22 iyun, arhd.media




irandan təxliyə olunan belçikanın səfiri: azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir


iranda baş verən hadisələrə görə əsas vəzifəmiz orada olan belçika vətəndaşlarına kömək etməkdir. onlara həm iranda yardım göstərmişik, həm də azərbaycandan yardım etməyə davam edəcəyik.

arhd.media-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunan belçikanın irandakı səfiri michel malherbe bildirib.

“sevinirik ki, iranın azərbaycan kimi yaxşı qonşusu var və burada bizi qarşılayarkən göstərilən səmimiyyət və diqqət bizi çox sevindirdi. azərbaycan həqiqətən də qonaqpərvərliyi ilə seçilən bir ölkədir. belçika ilə azərbaycan arasında güclü və sağlam ikitərəfli əlaqələr mövcuddur. bu gün burada olmaq və iranda yaşayan belçika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi məhz buradan davam etdirmək bizim üçün böyük məmnunluq doğurur. qarşıda nələrin baş verəcəyini isə zaman göstərəcək”.

o qeyd edib ki, azərbaycanın göstərdiyi qonaqpərvərlik və yardımsevərlik təqdirəlayiqdir və bu, ölkənin beynəlxalq humanitar mövqeyini bir daha təsdiqləyir.

Baxış sayı: 4 539

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə