istanbul, 21 iyun, arhd.media
iət-in 51-ci sessiyasında ermənistan-azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan danışılıb
iyunun 21-də azərbaycanın xarici işlər naziri ceyhun bayramov türkiyəyə işgüzar səfəri çərçivəsində islam əməkdaşlıq təşkilatının (iət) nazirlər şurasının istanbul şəhərində keçirilən 51-ci sessiyasında iştirak və çıxış edib.
arhd.media xəbər verir ki, çıxışda iət coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.
çıxışında ceyhun bayramov qarşıdan gələn iət sədrliyi münasibətilə qardaş türkiyə respublikasını təbrik edib, ölkəmizin türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.
azərbaycanın 2026-cı ildə təhvil alacağı iət sədrliyini islam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.
dünyada artan islamofobiya meyillərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və islamofobiya ilə mübarizədə iət çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyi vurğulanıb.
qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.
yaxın şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, iran islam respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.
ölkəmizin cammu və kəşmir münaqişəsinin bmt təhlükəsizlik şurası, o cümlədən iət-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 2025-ci il mayın 10-da əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.
suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.
nazir, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. ermənistan konstitusiyasında azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan atət-in minsk qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb.
ermənistanın azərbaycan və naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.
çıxış zamanı bununla yanaşı, indiki ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, qərbi azərbaycan icmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.



























