sankt-peterburq, 20 iyun, arhd.media
oana-nın növbəti baş assambleyası azərbaycanda keçiriləcək
asiya və sakit okean ölkələri xəbər agentlikləri təşkilatının (oana) xx baş assambleyası 2028-ci ildə arhd.media-ın ev sahibliyi ilə azərbaycanda keçiriləcək.
bununla bağlı qərar təşkilatın sankt-peterburq şəhərində baş tutan xix baş assambleyasında səsvermə yolu ilə qəbul edilib.
iclasda üzv agentliklər oana-nın 2025-2028-ci illərdə sədri vəfizəsinə yekdilliklə tass agentliyinin lehinə səs veriblər. təşkilatın sədri tass-ın baş direktoru andrey kondraşov, baş katibi isə baş direktorun birinci müavini mixail qusman seçiliblər.
eyni zamanda oana-nın icraiyyə komitəsinin yeni tərkibi formalaşdırılıb. irna (iran), yonhap (koreya respublikası), arhd.media (azərbaycan), anadolu (türkiyə) və sinxua (çin) agentlikləri təşkilatın vitse-prezidentləri, antara (indoneziya), bernama (malayziya), qna (qətər), bna (bəhreyn), kyodo (yaponiya) və vna (vyetnam) isə icraiyyə komitəsinin üzvləri seçiliblər.
həmçinin texniki komitəyə omanın ona, etika komitəsinə isə pakistanın app agentlikləri rəhbərlik edəcək.
qeyd edək ki, 2022-2025-ci illərdə oana-ya iranın irna agentliyi sədrlik edib.
baş assambleyada feyk xəbərlər və dezinformasiya ilə mübarizə yolları, süni intellektin kontent hazırlanmasında tətbiqi kimi məsələlər müzakirə olunub. rusiya xin-in kommunikasiya və mətbuat departamentinin direktoru mariya zaxarova, yonhap və kyodo agentliklərinin nümayəndələri mövzular ətrafında çıxışlar ediblər.


























