bakı, 19 iyun, arhd.media
prezident ilham əliyev: azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi
azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev türkiyənin kahramanmaraş şəhərində “azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında deyib.
“ilk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı bakıda, azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.























