bakı, 19 iyun, arhd.media
peskov: iran rusiyadan hərbi yardım istəməyib
rusiya və iran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur və tehran moskvadan bu cür yardım istəməyib.
arhd.media xəbər verir ki, rusiya prezidentinin mətbuat katibi dmitri peskov bu barədə rbk telekanalına müsahibəsində deyib.
onun sözlərinə görə, rusiyanın dəstəyi göz qabağındadır: “münaqişə başlayandan bəri israilin hərəkətini pisləyən bəyanatımız olub. biz irana qarşı zərbələrin dayandırılması və məsələnin danışıqlar yolu ilə həlli istiqamətində israrlı mövqe bildirmişik”.
peskov, həmçinin moskvanın iran-israil münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğuna diqqət çəkib. “prezident vladimir putin bunu həm amerikalı həmkarı donald trampla, həm israilin baş naziri benyamin netanyahu ilə, həm də iran prezidenti məsud pezeşkianla apardığı telefon danışıqlarında müzakirə edib”, - deyə mətbuat katibi bildirib.
























