bakı, 17 iyun, arhd.media
azərbaycanla bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
iyunun 17-də milli məclisin sədri sahibə qafarova bakıda keçirilən qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı parlament assambleyasının (qdiət pa) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan bolqarıstan respublikası milli assambleyasının sədri nataliya kiselova ilə görüşüb.
milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, görüşdə nataliya kiselovanın azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
milli məclisin sədri sahibə qafarova qdiət pa-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində qdiət pa-ya sədrliyin bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.
o qeyd edib ki, azərbaycan və bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. ölkələrimiz arasında siyasi əlaqələr prezident ilham əliyevin və prezident rumen radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır.
milli məclisin sədri bildirib ki, azərbaycan ilə bolqarıstan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. bu sahədə parlamentlərarası dostluq qruplarının birgə fəaliyyəti mühüm rol oynayır.
söhbət zamanı parlament komitələri arasında münasibətlərin inkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.
bolqarıstan milli assambleyasının sədri nataliya kiselova ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan qdiət pa-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.
o, heydər əliyev fondunun maliyyə dəstəyi ilə veliko-tarnovo şəhərinin trapezitsa arxeoloji muzey qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
söhbət zamanı o, regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
























