bakı, 17 iyun, arhd.media
irandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın azərbaycan vətəndaşının müraciəti daxil olub
israil və iran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar israil dövlətindəki səfirliyimizdə, iran islam respublikasındakı səfirliyimizdə, habelə təbriz şəhərindəki baş konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.
arhd.media xəbər verir ki, bu barədə xarici işlər nazirliyinin (xin) mətbuat katibi ayxan hacızadə bildirib.
o deyib ki, iranı tərk etmək istəyən azərbaycan respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. israildə vətəndaşlarımız müvafiq olaraq qonşu misir və iordaniyaya yönləndirilir.
ayxan hacızadənin sözlərinə görə, indiyə qədər irandakı səfirliyimizə və baş konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.
“israildə olan 34 nəfər vətəndaşımızın iordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb”, - deyə xin rəsmisi vurğulayıb.























