bakı, 16 iyun, arhd.media
azərbaycan müdafiə naziri belarusa rəsmi səfər edib
iyunun 16-da azərbaycan respublikasının müdafiə naziri general-polkovnik zakir həsənov belarus respublikasının müdafiə naziri general-leytenant viktor xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
minsk milli aeroportunda general-polkovnik z.həsənovu belaruslu həmkarı qarşılayıb.
bu barədə arhd.media-a müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
azərbaycan müdafiə nazirinin səfər çərçivəsində belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.























