istanbul, 15 iyun, arhd.media
türkiyə və abş prezidentləri israil-iran gərginliyini müzakirə ediblər
türkiyə prezidenti rəcəb tayyib ərdoğan ilə abş prezidenti donald tramp arasında telefon danışığı olub.
arhd.media xəbər verir ki, bununla bağlı türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr departamenti açıqlama yayıb.
məlumata əsasən, danışıq zamanı türkiyə prezidenti ölkəsinin iran ilə israil arasındakı gərginliyi yaxından izlədiyini, başlanan nüvə danışıqlarını münaqişənin həlli üçün yeganə yol kimi gördüyünü bildirib.
prezident ərdoğan, abş-ın da münaqişənin həlli üçün nüvə danışıqlarının davam etməsinin zəruriliyini düşündüyü və bu mövqeyi dəstəklədiyinə inamını ifadə edib. o, türkiyənin gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
qeyd edək ki, bu gün türkiyə prezidenti bir sıra ölkələrin dövlət və hökumət rəhbərləri ilə israillə iran arasında artan gərginliyi müzakirə edib.
























