bakı, 14 iyun, arhd.media
xin: azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil
iyunun 14-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov ilə iran islam respublikasının xarici işlər naziri seyid abbas ərağçi arasında telefon danışığı baş tutub.
xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a bildirilib ki, telefon danışığı zamanı, israilin iran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
iran islam respublikasının xarici işlər naziri israil dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də iran tərəfindən atılan addımlar barədə məlumat verib.
nazir ceyhun bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. iran islam respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi, digər rəsmi şəxslərin və iran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
bununla yanaşı, azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost irana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
iranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və iranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.
münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.























