bakı, 13 iyun, arhd.media
azərbaycan tərəfi irandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir
iranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin iranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb.
əldə olunmuş məlumata əsasən, azərbaycan respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz iran islam respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.
arhd.media xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, iranda səfərdə olan rusiyanın p.çaykovski adına böyük simfonik orkestrinin 51 nəfərlik heyətinin, habelə rusiya federasiyasının xalq artisti və rejissor fyodr bondarçuk daxil olmaqla, rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90-a yaxın aktyor və incəsənət xadimindən ibarət heyətin quru yolla irandan azərbaycana gəlməsi nəzərdə tutulur.























