bakı, 13 iyun, arhd.media
xarici işlər nazirliyi azərbaycan vətəndaşlarını irana səfərdən çəkinməyə çağırıb
israil dövləti və iran islam respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar azərbaycan respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə iran islam respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan xarici işlər nazirliyi (xin) məlumat yayıb.
məlumatda hazırda iran islam respublikasında olan azərbaycan respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın azərbaycanın irandakı səfirliyi və təbriz şəhərindəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
səfirlik: tehran@mission.mfa.gov.az , +98 905 523 01 07.
baş konsulluq: tabriz@mission.mfa.gov.az , +98 901 414 31 57.























