bakı, 4 iyun, arhd.media



azərbaycan ilə şimal və baltik dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub


iyunun 4-də xarici işlər nazirinin müavini yalçın rəfiyev regiona səfərləri çərçivəsində şimal və baltik dövlətləri (isveç, finlandiya, norveç, danimarka, estoniya, latviya və litva) xarici işlər nazirliklərinin siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

arhd.media xəbər verir ki, görüşdə azərbaycan ilə şimal və baltik dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

görüşdə, həmçinin azərbaycan və avropa ittifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq müxtəlif istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kommunikasiyalar, rəqəmsal inkişaf, kiber təhlükəsizlik sahələri üzrə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

azərbaycanın geostrateji mövqeyi, çoxtərəfli platformalar çərçivəsində oynadığı fəal rol, eləcə də daha geniş regionda sülhün bərqərar olması üçün göstərdiyi praktiki səylər və bütün bunların azərbaycanla avropa ittifaqı, o cümlədən şimal və baltik dövlətləri arasındakı əməkdaşlıq gündəliyinin daha da zənginləşməsinə verə biləcəyi töhfə vurğulanıb.

azərbaycanın bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasına (cop29) ev sahibliyi, eləcə də qlobal iqlim fəaliyyəti üzrə danışıqlara sədrliyi və əldə olunan tarixi nəticələr yüksək qiymətləndirilib.

nazir müavini y.rəfiyev görüş zamanı həmçinin azərbaycan ilə ermənistan arasında normallaşma prosesi, post-münaqişə dövründə bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, eləcə də həmin ərazilərdə mina təhdidləri ilə mübarizə barədə məlumat verib.

görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6 492

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə