strasburq, 2 fevral ,arhd.media
birləşmiş krallığın avropa şurası parlament assambleyasındakı (aşpa) nümayəndəsi kristofer çop azərbaycanda parlamentin fəaliyyətini və ölkənin demokratik vəziyyətini yüksək qiymətləndirərək, azərbaycanın aşpa-ya qayıtmasını arzuladığını bildirib.
kristofer çop arhd.media-a verdiyi müsahibədə azərbaycanda real müxalifətin mövcudluğunu və ölkənin legitim bir demokratiya olduğunu vurğulayaraq deyib: “azərbaycanı hər zaman dəstəkləmişəm və beynəlxalq ictimaiyyət də bu mövqeni bölüşür. azərbaycan bəzi ölkələrdən gələn düşmənçilik münasibətlərinə qarşı mübarizə aparır”.
gürcüstanla bağlı aşpa-nın son qərarlarına da münasibət bildirən kristofer çop qeyd edib ki, çoxları gürcüstanla dost olmaq istəyirdi, amma son seçkilərdən sonra məyus oldular. o, azərbaycan məsələsində isə aşpa-da ölkəyə qarşı mənfi mövqe tutan bəzi parlamentarilərin olduğunu bildirib. k.çop azərbaycan nümayəndə heyətinin etimadnaməsini təqdim etmədiyi üçün bu məsələni açıq şəkildə müzakirə edə bilmədiyini vurğulayıb.
“azərbaycan nümayəndə heyətinin aşpa-ya qayıtmasını çox istəyirəm”, - deyən k.çop bu mövzu barədə, xüsusilə alman parlamentari şvabe haqqında danışarkən, onun gələcəkdə aşpa-da yer alıb-almayacağı ilə bağlı hələlik bir məlumatının olmadığını bildirib. o, “şvabe kimi bəzi şəxslərin mövqeləri xoşagəlməz olsa da, bu, əsaslı bir səbəb olmamalıdır”, - deyə əlavə edib.
sonda kristofer çop azərbaycan nümayəndə heyətinin aşpa-ya qayıtmasına ümid etdiyini, onları yenidən salamlayaraq qarşılayacağını söyləyib.






















