bakı, 30 may, arhd.media
socar-ın prezidenti rövşən nəcəf iranın neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini seyid əli məhəmməd musəvi ilə görüşüb.
arhd.media socar-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, bu xüsusda, socar ilə iran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.


























