bakı, 30 may, arhd.media
bmt-nin məskunlaşma proqramı (un-habitat) assambleyasının mayın 30-da keniyanın paytaxtı nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində azərbaycan ilk dəfə olaraq un-habitat icraiyyə şurasına üzv seçilib.
xarici işlər nazirliyindən arhd.media-a bildirilib ki, un-habitat icraiyyə şurası proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. şurada 36 ölkə təmsil olunur. nüfuzlu bmt strukturuna azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcək.
dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış un-habitat və azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. bunun bariz nümunəsi 2023-cü ildə un-habitatın ümumdünya məskunlaşma gününün (whd23) azərbaycanda keçirilməsi olub. bununla yanaşı, azərbaycan 2026-cı il mayın 17-22-si bmt-nin qlobal əhəmiyyətli ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasına (wuf13) ev sahibliyi edəcək.























