astana, 28 may, arhd.media
qazaxıstan xarici işlər nazirliyi “x” sosial şəbəkəsində azərbaycanın müstəqillik günü münasibətilə təbrik mesajı paylaşıb.
arhd.media xəbər verir ki, qazaxıstan xin-in təbrik mesajında deyilir: “bakıdakı həmkarlarımızı ürəkdən təbrik edir və müstəqillik günü münasibətilə azərbaycan xalqına səmimi arzularımızı çatdırırıq. azərbaycana yeni uğurlar, tərəqqi və əmin-amanlıq arzulayırıq”.






















