bakı, 25 may, arhd.media
həmkarım rusiya-ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. ilk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.
arhd.media xəbər verir ki, bu fikirləri mayın 25-də ukraynanın xarici işlər naziri andrey sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında azərbaycanın xarici işlər naziri ceyhun bayramov səsləndirib.
“mayın 15-də türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini xatırladıb.
























