bakı, 25 may, arhd.media
azərbaycanın laçın və irpen şəhərlərinin qardaşlaşması ölkələrimizin regionları arasında əməkdaşlığın təzahürüdür.
arhd.media xəbər verir ki, bu sözləri mayın 25-də ukraynanın xarici işlər naziri andrey sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında azərbaycanın xarici işlər naziri ceyhun bayramov deyib.
iki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan nazir azərbaycan-ukrayna biznes-forumunun və digər layihələrin bu sahədə əlaqələrə ciddi təkan verə biləcəyini vurğulayıb.























