milli məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

bakı, 23 may, arhd.media


mayın 23-də milli məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.

arhd.media xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 13 məsələ daxil edilib:

1. “azərbaycan respublikasının milli məclisinin azərbaycan respublikasının nazirlər kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” azərbaycan respublikasının konstitusiya qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası konstitusiya qanununun layihəsi(ikinci oxunuş);

2. “azərbaycan respublikası ilə beynəlxalq mülki aviasiya təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair anlaşma memorandumu”nun təsdiq edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;

3. “azərbaycan respublikası hökuməti ilə pakistan islam respublikası hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;

4. “azərbaycan respublikası məhkəmə-hüquq şurasının 20 illiyi (2005-2025)” azərbaycan respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “azərbaycan respublikasının orden və medallarının təsis edilməsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;

5. “məhkəmələr və hakimlər haqqında” və “məhkəmə-hüquq şurası haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 7 noyabr tarixli 65-viiqd nömrəli qanununun icrası ilə əlaqədar azərbaycan respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;

6. azərbaycan respublikasının su məcəlləsində və “meliorasiya və irriqasiya haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;

7. “pasportlar haqqında” və “dövlət qulluğu haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);

8. azərbaycan respublikasının vergi məcəlləsində və “hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);

9. azərbaycan respublikasının torpaq məcəlləsində, azərbaycan respublikasının mülki prosessual məcəlləsində, azərbaycan respublikasının mülki məcəlləsində, “notariat haqqında” və “icra haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi(birinci oxunuş);

10. “yaşayış minimumu haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);

11. “pambıqçılıq haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);

12. azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);

13. “qiymətli kağızlar bazarı haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş).

Baxış sayı: 3 526

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə