bakı, 21 may, arhd.media
mayın 21-də yeni azərbaycan partiyasının (yap) mərkəzi aparatında partiyanın veteranlar şurasının üzvləri ilə “türk ağsaqqalları arasında əlaqələrin inkişafı” ictimai birliyinin nümayəndələri arasında görüş keçirilib.
bildirilib ki, yap veteranlar şurasının sədri, partiyanın idarə heyətinin üzvü arif rəhimzadə ulu öndər heydər əliyevin zəngin dövlətçilik irsinin təşviqi və prezident ilham əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi məsələlərin daim diqqət mərkəzində olduğunu və ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. görüşün əhəmiyyətinə diqqət çəkən arif rəhimzadə sözügedən istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
“türk ağsaqqalları arasında əlaqələrin inkişafı” ictimai birliyinin sədri, amea-nın müxbir üzvü sudeyif imamverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. ictimai birliyin aktual məsələlərlə əlaqədar mühüm layihələr reallaşdırdığını, o cümlədən türk dövlətlərində əlamətdar hadisələrlə bağlı çoxsaylı tədbirlər keçirdiyini, azərbaycanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran s.imamverdiyev rəhbərlik etdiyi təşkilatın yap veteranlar şurası ilə işbirliyində maraqlı olduğunu bildirib.
görüşdə yap veteranlar şurasının üzvləri tahir məmmədov, elbay qasımzadə, arif qaraşov, zərifə quliyeva, adilə abasova, tahir rzayev, şahlar əsgərov, yap gənclər birliyinin sədr müavini fəsli nəbiyev, “türk ağsaqqalları arasında əlaqələrin inkişafı” ictimai birliyinin idarə heyətinin üzvü ramiz məşədihəsənli, qadınlar şurasının sədri güllü yoloğlu, təşkilatın nümayəndəsi ibrahim quliyev çıxış edərək əməkdaşlıq imkanları barədə fikirlərini diqqətə çatdırıblar.




























