bakı, 21 may, arhd.media
azərbaycan respublikası baş nazirinin müavini şahin mustafayev mayın 21-də dağıstan respublikası hökuməti sədrinin müavini rizvan qazimaqomedov ilə görüşüb.
nazirlər kabinetindən arhd.media-a bildirilib ki, görüşdə azərbaycan və rusiya arasında əməkdaşlıq çərçivəsində rusiya federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan azərbaycan-dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.
həmçinin azərbaycan ilə dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
görüşdə, həmçinin 2023-2025-ci illər üzrə əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair tədbirlər planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
























