bakı, 20 may, arhd.media
mərkəzi bankda azərbaycan banklar assosiasiyası, azərbaycan sığortaçılar assosiasiyası, azərbaycan mikromaliyyə assosiasiyası, azərbaycan fintex assosiasiyası ictimai birliyi və azərbaycan fond bazarı iştirakçılarının assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
mərkəzi bankdan arhd.media-a bildirilib ki, görüş zamanı azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş “insan hüquqları aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.
görüşdə, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, assosiasiyalarla birgə layihələrin həyata keçirilməsi, eləcə də assosiasiyaların tərkibində üzv təşkilatlardan ibarət işçi qrupların fəaliyyətinə dair səmərəliliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.























