bakı, 20 may, arhd.media


yeni azərbaycan partiyası, türkiyənin ədalət və inkişaf partiyası və şimali kipr türk cümhuriyyətinin ulusal birlik partiyası arasında 2023-cü ilin noyabrın 14-də imzalanmış üçtərəfli anlaşma memorandumundan irəli gələrək gənclər arasında təmasların artırılması, birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi məqsədilə “bir millət, üç dövlət gənclik düşərgəsi” layihəsinə start verilib.

yap-dan arhd.media-a bildirilib ki, ilk dəfə olaraq şimali kipr türk cümhuriyyətində təşkil olunan düşərgəyə yeni azərbaycan partiyası (yap) gənclər birliyinin sədri bəxtiyar islamovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

hər üç partiyanın təmsilçiləri mayın 18-də bellamais monastrı, girne antik limanı, girne qalası və osmanlı baldöken məzarlığını ziyarət ediblər.

mayın 19-da isə karaoğlanoğlu və muratağa-sandallar şəhidlikləri ziyarət olunub, 1974-cü ildə “barış” hərəkatında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. həmin gün gənc partiya nümayəndələri, həmçinin kipr sülh əməliyyatından sonra şimali kipr türk cümhuriyyəti tərəfindən hərbi zona elan edilən maraş bölgəsini ziyarət edib, “19 may-atatürkü anma, gənclik və idman bayramı” münasibətilə keçirilən təntənəli yürüşə qatılıblar.

Baxış sayı: 5 391

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə