bakı, 20 may, arhd.media
macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. xüsusilə avropa ittifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
arhd.media xəbər verir ki, bu fikirləri prezident ilham əliyev macarıstanın baş naziri viktor orbanla mətbuata bəyanatında səsləndirib.
dövlətimizin başçısı bildirib: “çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və avropa ittifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. buna baxmayaraq, dostum viktor orban həmişə macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. biz bunu alqışlayırıq”.
























