bakı, 18 may, arhd.media
mayın 18-də iranın paytaxtı tehran şəhərində dialoq forumu işə başlayıb.
arhd.media xəbər verir ki, forumda azərbaycan respublikası prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev də iştirak edir.
iran prezidenti məsud pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən dialoq forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.
forum mayın 19-dək davam edəcək.
























