bakı, 16 may, arhd.media
azərbaycan ilə latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
iqtisadiyyat nazirinin müavini anar axundov latviyanın kənd təsərrüfatı naziri, azərbaycan-latviya hökumətlərarası komissiyasının həmsədri armands krauze ilə görüşüb.
nazirlikdən arhd.media-a bildirilib ki, görüşdə azərbaycanla latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib.
vurğulanıb ki, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. bu xüsusda hökumətlərarası komissiya səmərəli platformadır.
tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, aqrar sektorda, su idarəçiliyi və meşəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.























