bakı, 15 may, arhd.media


avropa yenidənqurma və inkişaf bankının (ayib) illik toplantısında iştirak məqsədilə böyük britaniya və şimali irlandiya birləşmiş krallığında səfərdə olan iqtisadiyyat naziri mikayıl cabbarov bankın müdirlər şurasının açılış və plenar sessiyalarında iştirak edib.

nazirlikdən arhd.media-a bildirilib ki, səfər çərçivəsində iqtisadiyyat naziri “oliver wyman group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.

nazir mikayıl cabbarov avropa yenidənqurma və inkişaf bankının illik toplantısı çərçivəsində bankın müdirlər şurasının açılış sessiyasında iştirak edib. sessiya zamanı qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr və potensial imkanlar müzakirə olunub.

ayib-nin illik toplantısı çərçivəsində bankın müdirlər şurasının plenar sessiyası keçirilib. tədbirdə iqtisadiyyat naziri mikayıl cabbarov çıxış edib. ayib-nin əməkdaşlıq etdiyi ölkələrə davamlı dəstəyi vurğulanıb. qeyd olunub ki, ötən il ayib üçün böyük investisiyalar və layihələrlə yadda qalıb ki, bu da bankın beynəlxalq maliyyə sferasında artan təsirini nümayiş etdirir. ayib ilə dövlət-özəl tərəfdaşlığının inkişafı, kiçik və orta müəssisələrə dəstəyin genişləndirilməsi kimi istiqamətlər üzrə əməkdaşlıq xüsusilə önəmlidir. bununla yanaşı, bankın qlobal iqtisadi artımın və yaşıl keçidin sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir.

tədbirdə vurğulanıb ki, azərbaycan qlobal çağırışların həlli və yaşıl keçid prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. ölkəmiz cop29-a ev sahibliyi etməklə qlobal liderlik nümayiş etdirib və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaqla əlamətdar razılaşma əldə olunub. bu razılaşma həmin ölkələr üçün iqlim maliyyəsinə görə 2035-ci ilə qədər hər il 300 milyard dollarlıq vəsaiti nəzərdə tutur.

tədbirdə ölkəmizin beynəlxalq enerji və ticarət platformasında strateji rolu, təşəbbüsləri və bu sahələrdə əməkdaşlıq imkanları haqqında məlumat verilib.

iqtisadiyyat naziri mikayıl cabbarov “oliver wyman group” şirkətinin sənaye üzrə qlobal rəhbəri ted moynihanla görüşüb. görüşdə azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

tərəflər biznes mühitində mövcud çağırışlar fonunda ölkə iqtisadiyyatında əlavə dəyərin və ixracın artırılması, investisiyaların cəlbi istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Baxış sayı: 3 525

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə