bakı, 7 may, arhd.media
mayın 7-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov iraq respublikasına rəsmi səfərə yola düşüb.
bu barədə arhd.media-a azərbaycan xin-dən bildirilib.
səfər çərçivəsində nazir ceyhun bayramovun iraq respublikasının baş nazirinin müavini və xarici işlər naziri fuad hüseyn ilə görüşünün, habelə digər yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.























