bakı, 28 aprel, arhd.media
biz (azərbaycan və iran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi.
arhd.media xəbər verir ki, bu fikirləri azərbaycan prezidenti ilham əliyev iran prezidenti məsud pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.
dövlətimizin başçısı deyib ki, istər bmt olsun, islam əməkdaşlıq təşkilatı, eco, qoşulmama hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.
























