bakı, 28 aprel, arhd.media
bakıda, gülüstan sarayında ümumdünya əməyin mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir.
arhd.media-ın məlumatına görə, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri anar əliyev deyib ki, əmək məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır.
"azərbaycanda əmək məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", -deyə o bildirib.
sahibkarlar (işəgötürənlər) təşkilatları milli konfederasiyasının prezidenti məmməd musayev isə bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.
konfrans digər çıxışlarla davam edir.

































