bakıda dayanıqlı kənd təsərrüfatı investisiya forumu keçiriləcək

bakı, 26 aprel, arhd.media

iqtisadiyyat və kənd təsərrüfatı nazirliyinin tərəfdaşlığı, islam ticarət və inkişaf palatasının, azərbaycan sahibkarlar konfederasiyasının və kiçik və orta biznesin inkişafı agentliyinin (kobia) birgə təşkilatçılığı ilə mayın 10-da bakıda dayanıqlı kənd təsərrüfatı investisiya forumu keçiriləcək.

arhd.media xəbər verir ki, bu sözləri azərbaycan sahibkarlar konfederasiyasının (ask) sədri məmməd musayev “konstitusiya və suverenlik: azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

o sahibkarları forumda aktiv iştiraka dəvət edərək bildirib.

“bu gün aparılan fikir mübadiləsi, təkliflər və təhlillər sahibkarlığın inkişafı və ölkəmizin suveren iqtisadi potensialının gücləndirilməsi baxımından faydalı olacaq. biz birlikdə, həm konstitusiyamızın təmin etdiyi hüquqlardan bəhrələnərək, həm də dövlətimizin yaratdığı iqtisadi imkanlardan istifadə edərək daha güclü sahibkar icması qurmağa çalışacağıq”, - deyə m.musayev bildirib.

Baxış sayı: 4 515

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə