pekin, 25 aprel, arhd.media
azərbaycan prezidenti ilham əliyevin çinə dövlət səfəri çox əlamətdar tarixi hadisədir. böyük xalq sarayının qarşısındakı meydanda prezident ilham əliyevin rəsmi qarşılanma mərasimi keçirildi. bu, çin-azərbaycan münasibətləri tarixində mühüm mərhələ və simvol oldu.
bu fikirləri arhd.media-a müsahibəsində çin dövlət şurası yanında inkişaf mərkəzinin avrasiya cəmiyyətinin inkişafı üzrə tədqiqat institutunun direktor müavini su tao prezident ilham əliyevin çinə dövlət səfərini şərh edərkən deyib.
ekspert prezident ilham əliyevin dövlət səfəri zamanı çox mühüm nəticələr əldə edildiyini, ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlığa yüksəltmək üçün imzalanan bəyannamənin mühüm sənəd olduğunu bildirib. qeyd edib ki, bu sənəddə iki ölkənin əməkdaşlığı daha da gücləndirəcəyi sahələr aydın göstərilib.
“bundan əlavə, sədr si cinpin və prezident əliyev çox mühüm danışıqlar aparıblar. xüsusilə qeyd edim ki, prezident əliyev azərbaycanın “vahid çin” siyasətini və çinin separatizmə qarşı mövqeyini qəti şəkildə dəstəklədiyini bir daha vurğulayıb”, - deyən su tao əlavə edib ki, sədr si cinpin azərbaycanla, xüsusən də “bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
“azərbaycan cənubi qafqaz regionunda çox strateji mövqeyə malikdir. hazırda avrasiya regionunda çoxsaylı nəqliyyat dəhlizləri inkişaf etdirilir. onların arasında çox mühüm layihələrdən biri də trans-xəzər beynəlxalq nəqliyyat marşrutu kimi tanınan orta dəhlizdir. çin bu layihəni güclü şəkildə dəstəkləyir. inanıram ki, çin ilə azərbaycan arasında bu mühüm sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcək. bu, hər iki ölkənin inkişafı və ikitərəfli münasibətlərin genişlənməsi üçün çox faydalı olacaq. ona görə də mən prezident ilham əliyevin çinə səfərini çin-azərbaycan münasibətlərinin tarixində mühüm mərhələ kimi görürəm, - deyə çinli ekspert bildirib.





















