nazir: ai-nin ali nümayəndəsinin azərbaycana səfəri münasibətlərimizin perspektivləri baxımından böyük bir imkandır

bakı, 25 aprel, arhd.media



bu, bizim ikinci təmasımızdır. ilk dəfə dekabr ayında maltada görüşmüşdük. bu gün, 9 illik fasilədən sonra avropa ittifaqının ali nümayəndəsinin azərbaycana səfərini yüksək qiymətləndiririk. bu səfər, münasibətlərimizin mövcud vəziyyəti və perspektivləri baxımından böyük bir imkandır.

arhd.media xəbər verir ki, bunu xarici işlər naziri ceyhun bayramov avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

nazir bildirib ki, avropa ittifaqı ilə azərbaycan son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub. lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. bu gün bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq.

sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu deyən ceyhun bayramov əlavə edib: “avropa ittifaqı azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. hazırda bizim ticarət dövriyyəmiz 20 milyard abş dolları təşkil edir”.

Baxış sayı: 4 529

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə