bakı, 24 aprel, arhd.media
beynəlxalq münasibətlərin təhlili mərkəzində (bmtm) “azərbaycan və iqtisadi əməkdaşlıq təşkilatı (iqət): imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.
arhd.media xəbər verir ki, tədbirin açılışı zamanı bmtm-in idarə heyətini sədri fərid şəfiyev azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkib.
o, 90-cı illərdə azərbaycan və mərkəzi asiya dövlətlərinin iqət-ə üzv olması ilə təşkilatın genişləndiyini, görüşlərin intensivliyinin artdığını bildirib.
“son dövrlərdə azərbaycan yeni təşkilatlara qoşulur. ötən il prezident ilham əliyevin misirə səfəri çərçivəsində azərbaycan d-8 təşkilatına üzv olub. ümumiyyətlə, biz çalışırıq beynəlxalq platformalarda öz mövcudluğumuzu təsdiq edək və kənarda qalmayaq”, - deyə f.şəfiyev qeyd edib.
bmtm-in şöbə müdiri şahmar hacıyevin moderatorluğu ilə davam etdirilən tədbirdə milli məclisin deputatı qaya məmmədov, xarici işlər nazirliyinin (xin) iqtisadi əməkdaşlıq idarəsinin rəis müavini rövşən mirzəyev, iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktorunun müavini ramil hüseyn, topçubaşov mərkəzinin həmtəsisçisi və direktoru rusif hüseynovun çıxışları dinlənilib.
milli məclisin deputatı qaya məmmədov iət-in geosiyasi əhəmiyyətinə toxunaraq onu ölkəmiz üçün vacib mexanizm adlandırıb, real potensialının isə yüksək olduğunu qeyd edib. azərbaycanın iət-lə münasibətləri barədə məlumat verən q.məmmədov real əməkdaşlıq prosesləri gedən platformalarda ölkəmizin iştirakının vacibliyini və qurumun bundan sonrakı inkişafına töhfələrini vurğulayıb.
iət üzvlərinin əsasən azərbaycanın müttəfiqləri və yaxın qonşuları olduğuna diqqət çəkən xin-in iqtisadi əməkdaşlıq idarəsinin rəis müavini rövşən mirzəyev nəqliyyat, enerji, bağlantılar sahələrində əməkdaşlığın ölkəmiz üçün vacib olduğunu bildirib. azərbaycanın iqət-ə töhfəsindən danışan r. mirzəyev ölkəmizdə təşkilatın “təmiz enerji mərkəzi və tədqiqat mərkəzi”nin yaradılacağını, hazırda son hüquqi proseslərin icra edildiyini bildirib. xin rəsmisi, həmçinin davamlı inkişaf və dayanıqlı iqtisadi əməkdaşlıq mövzularına həsr edilən iqət-in 17-ci sammitinin xankəndi şəhərində keçiriləcəyini vurğulayıb.
iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktorunun müavini ramil hüseyn ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarına, iqət-ə üzv ölkələrlə ticarət dövriyyəsini əks etdirən göstəricilərə diqqət çəkib. onun sözlərinə görə, mövcud proqnozlar göstərir ki, gələcəkdə hər hansı münaqişə baş verməyəcəyi halda iqət-in coğrafi arealında inkişaf ardıcıl templə davam edəcək. r.hüseyn, həmçinin azərbaycanın iət-ə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli müstəvilərdəki uğurlu əməkdaşlığının təşkilatın işinə töhfəsindən bəhs edib və ölkəmizin təmiz enerji üzrə nümunəvi addımlar atdığını diqqətə çatdırıb.
topçubaşov mərkəzinin həmtəsisçisi və direktoru rusif hüseynov mərkəzi asiyanın artan geosiyasi əhəmiyyətini, hazırda daha çox aktorların cəlb olunduğu “ikinci böyük oyun”un əsas həlqəsinə çevrilməsi barədə çıxış edib. onun sözlərinə görə, azərbaycanın mərkəzi asiya ölkələri ilə intensivləşən əlaqələri onu bu geosiyasi bölgənin üzvünə çevirir. buna görə də mərkəzi asiya ilə birgə keçirilən görüşlər 5+1+1 formatında reallaşdırılmalıdır. r. hüseynov, həmçinin azərbaycanın multilateral formatlarda fəallığının artırılmasının ölkəmizin siyasi və iqtisadi mənada imkanlarını artıra biləcəyini qeyd edib.

























